Greenzoovet

Sağlam düşüncə,sağlam gələcək

Cow
sheep
goat
horse
pig
turkey
goose
duck
parrot
cock
dog
cat
  • Facebook-da paylaş
  • Twitter-də paylaş
  • Google+-da paylaş

                                                                                                            Fortiseptol

Təlimat
1. Preparatın ticarət adı: Fortiseptol – Фортисептол .
2. Preparatın patentləşdirilməmiş beynəlxalq adı: Sulfadimidin +
Trimetoprim + Tilozin tartrat.
3. Preparatın təsviri: Sarı rəngli, suda həll olan oral poroşok.
4. Dərman forması: Suda həll olan oral poroşok.
5. Preparatın tərkibi fəal maddələr 1000 q-da: Sulfadimidin 75q, Trimetoprim 40q, Tilozin tartrat 25q, Oksitetratsiklin HC1 45q.
6. Farmako-terapevtik qrupu:Kompleks antibakterial baytarlıq preparat.
7. Qablaşdırma forması: Polimer paketlərdə l000q miqdarında
qablaşdırılır.
8. Saxlanma şəraiti və yararlılıq müddəti: Preparat istehsalçı qablaşmasında,
quru qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, (+10°-dən +25 °C-dən temperatur)
şəraitində saxlanılır .Yararlılıq müddəti 3(üç) ildir.
9. Təsirediei maddənin əsas fıziki-kimyəvi xassələri və farmakoloji
xüsusiyyətləri: ATC vet təsnifat kodu QJ01EW03- Sulfadimidin və
Trimetoprim. Fortiseptol kompleks antimikrob baytarlıq preparatıdır. Sulfamidin və trimethoprim sinergist təsirli antibacterial maddələrdir.
Onlar qrammüsbət bakteriyalara Stafılokoklara, Streptokoklara, aktinomisesə, kloştridlərə) və bəzi qrammənfi bakteriyalara (Eşerixiya; Bakteroidellərə, Fuzobakteriuma və s) qarşı fəaldırlar.
Sulfanilamid (Sulfadimidin) və diamino primidinlərin (Trimetoprim) təsir mexanizmibakterial reduktazanı inhibisiya etməklə dehidrofol turşusunu tetrahidrofol turşusuna çevrilməsini pozmaqla əlaqədardır.
Tilozin qrammüsbət bakteriyalara (Staphylococcus spp, Streptococcus spp,
Actinomyces spp, Clostridium spp) qrammənfi bakteriyalara

(Pasteurella spp, Campylobacter Coli) və həmdə xlamidilərə, mikoplazmalara qarşı fəaldır.
Oksitetratsiklin tetratsiklinlər qrupuna aid yarımsintetik geniş spektirli antibiotikdir. O qrammüsbət (Staphylococcus spp.,Streptococcus spp.Bac. Anthracis, Listeria monocitogenes, Clostridium spp) və qrammənfı bakteriyalara (Escherichia coli.,Enterobacter spp., Klebsiella spp.,Salmonella spp., Yersinia spp.) və həmdə rikketsilərə, xlamidlərə və mikoplazmalara və bəzi ibtidailərə qarşı fəaldır.
Preparatın təsiredici maddələri yaxşı sorularaq orqan və toxumalara yayılır.
10. Tətbiqinə göstərişlər: Fortiseptol iri və xırda buynuzlu heyvanların, donuzların, dovşanların və quşların preparata həssas mikroorqanizmlər tərəfindən törədilən respirator orqanların və həzm sisteminin infeksion
xəstəliklərinin o cümlədən qastroenteritlərin, bronxonevmeniya, eymiriozların və s xəstəliklərin müalicəsi zamanı tətbiq olunur.
11. İstifadə və dozalaşdırma qaydaları: Fortiseptol içməli suya və ya yemə qarışdırılaraq tətbiq edilir.Dozalaşdırma heyvanların hər 10 kq diri kütləsinə 1-2 q preparat hesabı ilə aparılır və 3-4 sutka ərzində verilir.
Preparat donuzlara l ton yemə 300-350 q preparat qarışdırılaraq 3-5 sutka ərzində verilir. Quş və dovşanlar üçün l ton yemə 400q preparat qarışdırılır. Preparat su ilə verildikdə bir ton suya 1-2 kq miqdarında qarışdırılır.
12. Yanaşı mənfi təsirləri: Məlumat verilməmişdir.
13. Artıq doza fəsadları: Müəyyən edilməmişdir.
14. Əks göstərişlər: Yüksək fərdi həssaslığı olan heyvanlarda, yumurtlayan
toyuqlarda və sağmal inəklərdə tətbiqi əks göstərişdir.
15. Başqa preparatlarla uyuşmazlığı: Bakteriostatik antibiotiklərlə eyni zamanda tətbiq edilmir.
16. Boğazlıq və laktasiya dövründə tətbiqi: Preparat tətbiq edilə bilər.
17. Təhlükəsizlik tədbirləri: Preparatla işləyərkən ümumi təhlükəsizlik
qaydalarına əməl edilməlidir.
18. Preparat tətbiq edilmiş heyvan və quş məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat verildiyi axırıncı gündən 8 sutka
sonra heyvanlar və quşlar ətlik məqsədlə kəsilə bilərlər.