Greenzoovet

Sağlam düşüncə,sağlam gələcək

Cow
sheep
goat
horse
pig
turkey
goose
duck
parrot
cock
dog
cat
  • Facebook-da paylaş
  • Twitter-də paylaş
  • Google+-da paylaş

Təlimat

1. Preparatın ticarət adı: Estrofalan inyeksiya məhlulu-Эcтpoфалан pacтвop для инъекций
2. Preparatın patentləşdirilməmiş beynəlxalq adı: Kloprostenol
3. Preparatın təsviri: Rəngsiz, şəffaf, kənar mexaniki qatışıqsız, zəif spesifik iyə malik mayedir.
4. Dərman forması: İnyeksiya iiçün məhlul
5. Preparatın tərkibi, fəal maddə, 1 ml-də: Kloprostenol natrium 0,25mq
6. Farmako-terapevtik qrupu: Estrus stimulyatoru və həvəs sinxronizatoru baytarlıq preparatı
7. Qablaşdırma forması: Şüşə ampullarda l ml, 2 ml və 5 ml həcmində və şüşə flakonlarda l0 ml, 20 ml, 50 ml, l00 ml və 200 ml həcmində qablaşdırılır.
8. Saxlanılma şəraiti və yararlılıq müddəti: İstehsalçı qablaşmasında quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, +5°C +25°C temperatur rejimində saxlanılmalıdır. Yararlılıq müddəti 2 (iki) ildir.
9. Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri:
Kloprostenol (ATC-Vet kodu QG02AD90) F2-alfa prostaqlandinin sintetik funksional analoqudur. O estral tsiklin lyuten fazasında sarı cismi reqressiya edərək follikulların inkişafına müsbət təsir göstərərək axıntı və ovulyasiya baş verməsinə şərait yaradır.
10. Tətbiqinə göstərişlər: Preparat aşağıdakı hallarda tətbiq edilir.
İnəklərdə:-Balalığın involyasiyasını aradan qaldırmaq;
-Sonun ləngiməsi zamanı;
-“Xəlvət” həvəs zamanı;
-Cinsi tsiklin pozulması və ovulyasiyasız cinsi tsikl zamanı;
-Persistent sarı cismin reqressiyasını sürətləndirmək və lyiiten düyünlərin (kistaların) müalicəsi məqsədi ilə;
-endometritlərin müalicəsi məqsədi ilə;
-fizioloji və patoloji boğazlığın dayandırılması məqsədi ilə;
-qeyri normal boğazlığın dayandırılması.
Madyanlarda:
-estrusu və persistent sarı cismin reqressiyasını stimullaşdırmaq üçün, embrional balasalma, laktasion estrus, normal və patoloji boğazlığın birinin yarısında boğazlığı dayandırmaq məqsədi ilə.
Qoyunlarda:
-cinsi həvəsi sinxronlaşdırmaq, yumurtalıqların disfunksional vəziyyətini müalicə etmək məqsədi ilə;
Ana donuzlarda:
-Doğuşu stimullaşdırmaq, balalamanı sinxronlaşdırmaq və doğuşdan sonrakı xəstəliklərin profilaktikası məqsədi ilə;

Ana itlərdə və pişiklərdə:
-Endometritlərin kompleks müalicəsi zamanı və arzuolunmaz boğazlığın dayandırılması məqsədi ilə tətbiq edilir.
11 .İstifadə və dozalaşdırma qaydaları: Estrofalan əzələ içərisinə inyeksiya edilməklə
istifadə edilir. İri buynuzlu heyvanlara cinsi həvəsi sinxronlaşdırmaq üçün 2ml
preparat (0,50q təsiredici maddə) hesabı ilə dozalaşdırılaraq 10 gün fasilə ilə 2 dəfə
inyeksiya edilir.
İlk inyeksiya cinsi tsiklin istənilən fazasında edilə bilər. İnəklərdə “Poзтeл”-dən 40-60 gün sonra
İkinci inyeksiya birinci inyeksiyadan sonra ll-ci gün edilir.
14-cü gün (ikinci inyeksiyadan 72-76 saat sonra) süni mayalama aparılır, 15-ci gün təkrar süni mayalama aparılır
Yumurtalıqların funksional pozğunluqları zamanı 2ml preparat inyeksiya edilir və axıntı baş verdikdə süni mayalama aparılır. Axıntı baş vermədikdə isə. birinci inyeksiyadan sonra ll-ci gün preparat 2ml dozada təkrar inyeksiya edilir və 72-76 saat sonra lazım gələrsə, ikinci dəfə süni mayalama aparılır.
Follikulyar düyünlərin müalicəsi üçün xorionik hormon vurduqda 10 gün sonra müsbət ovarial nəticə olduqda 2ml dozada Estrofalan vurulur.
Doğuşdan sonrakı xəstəliklər (doğuş sonrası metrit, balalığın subinvolyasiyası) zamanı “progesteron bloku”-nu aradan qaldırmaq və estradiol-progesteron nisbətini normallaşdırmaq üçün 2ml preparat vurulur. Əlavə olaraq balalıqdaxili lokal sanasiya işi də aparmaq olar və ll-ci gün təkrar inyeksiya edilir. Sağalmaya nail olunmazsa, 14-cü gün süni mayalama aparılır.
Əgər preparat boğazlığı dayandırmaq üçün tətbiq edilərsə, bu məqsədlə o boğazlığın. 7- 150 günləri arasında 2ml dozada vurulmalıdır.
Patoloji boğazlığı dayandırmaq üçün preparat boğazlığın istənilən mərhələsində 2ml dozada inyeksiya edilir.
Preparat ana donuzlara 0,5-0.7 ml (0.175 mq təsiredici maddə) dozada boğazlığın 1ll-ci günündən sonra inyeksiya edilir. Doğuşun kulminasiya vaxtı 24-35 saat arasında olar və 40 saata qədər davam edir. Ana qoyunlara preparat cinsi həvəsi sinxronizasiya etmək üçün 0.5-0,7ml dozada cütləşmə kompaniyası zamanı vurulur, ana qoyunlar bundan sonra həvəsə gəlməsələr preparat həmin dozada təkrar inyeksiya edilir.Yumurtalıq disfunksiyası zamanı anafrodiziya vəziyyətində olan subay qoyunlara tətbiq edilir.
Preparat 0.5-0,7 ml dozada və 500 MO dozada BMS (boğaz madyan serumu) qonadotropikləri ilə eyni zamanda vurulur. Qoyunlar cinsi həvəsə gəlmədikdə preparat həmin dozada 10-11 gündən sonra təkrar vurulur. Qoyunların həvəsə gəlməsi sınaqçı qoçlar vasitəsi ilə səhər və axşamlar aşkar edilir. Həvəsə gələn qoyunlar mayalandırılır.
Atlarda bir dəfəlik doza 1 mI preparat (0.25mq təsiredici maddə) olmaqla keyfiyyətsiz cinsi tsikl olduqda axıntıdan optimal mayalama vaxtı preparat vurulduğu gündən 4-6 gün sonradır.
Qeyd: İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən
istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir.
12.Əks göstərişlər: Dişi heyvanlarda boğazlığın birinci 1/3 dövründə preparat tətbiq
edilmir.(boğazlığın dayandırılması məqsədi ilə tətbiq istisna olmaqla) kəsimə
gedəcək madyanlarda tətbiq edilmir.
13. Təhlükəsizlik tədbirləri: Preparatla işləyərkən şəxsi gigiyena qaydalarına əməl
edilməli,şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir. Preparat zədələnməmiş
dəridən sorula bilir. Qadınlar xüsusən diqqətli olmalıdırlar. Preparat dəriyə
düşərsə, bol su ilə yumaq lazımdır.
14.Preparat tətbiq edilmiş heyvan və quşların məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Ət üçün 24 saatdır.