Greenzoovet

Sağlam düşüncə,sağlam gələcək

Cow
sheep
goat
horse
pig
turkey
goose
duck
parrot
cock
dog
cat
  • Facebook-da paylaş
  • Twitter-də paylaş
  • Google+-da paylaş

Təlimat
1. Preparatın ticarət adı: Ketofort-Keтофорт
2. Preparatın patentləşdirilməmiş beynəlxalq adı: Ketoprofen
3. Preparatın təsviri: Rəngsiz, şəffaf inyeksiya üçün məhluldur
4. Dərman forması: İnyeksiya üçün məhlul
5. Preparatın tərkibi, fəal maddə, 1 ml-də: Ketoprofen l00mq
6. Farmako-terapevtik qrupu: İltihabəleyhi baytarlıq preparatı
7. Qablaşdırma forması: l00ml həcmində tünd rəngli şüşə flakonlarda qablaşdırılır.
8. Saxlanılma şəraiti və yararlılıq müddəti: İstehsalçı qablaşmasında quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, +10°C-dən +25°C-dək temperatur rejimində saxlanılmalıdır. Yararlılıq müddəti 3 (üç) ildir.
9. Təsiredici maddənin əsas fiziki-kimvəvi xassələri və farmakoloji xüsusiyyətləri: ATC vet təsnifat kodu QM 01-iltihabəleyhi baytarlıq preparatı. QM01 AE3-Ketoprofcn
Ketoprofen qeyri steroid iltihabəleyhi preparatlar qrupuna aid olmaqla propion turşusu törəməsi, sintetik maddədir.
. Ketoprofenin təsir mexanizmi iltihab mediatoru sintezinin əsas fermenti olan tsiklooksigenaza fermentini tormozlamaqla əlaqədardır.
Ketoprofen arxidinon turşusunun lipooksigenez vasitəsi ilə metabolizmini inhibisiya etmək xassəsinə də malikdir ki, bunun da nəticəsində iltihab mediatoru olan leykotrienlərin azalması baş verir. O həm də bradikinin fəallığını inhibisiyasını və lizosom membranlarının stabilləşməsinə kömək edir ki, bu da trombositlərin aqreqasiyasını tormozlayır.
Ketoprofen oynaqların sinovial mayesinə və sinovial kisəsinə yaxşı keçir və oynaqların şişkinliyini və artralgiyanı azaldır, yüksək dozalarda qığırdaq toxumasında proteoqlikan sintezinin stimullaşdırılmasına kömək edir və həm də əməliyyatlardan sonra osteopeniyanı azaldır və sınıqlar zamanı sümüklərin bərpasına mane olmur. Oral yolla verilmiş ketoprofen tez sorulur və qanda maksimal səviyyəyə 1-2 saat ərzində çatır. Ketoprofen qaraciyərdə metabolizmə

uğrayır. Orqanizmdən əsasən sidiklə az miqdarda (8%-dək) kal ilə
xaric olunur.
10. Tətbiqinə göstərişlər: Ketofort atlarda, iri və xırda buynuzlu heyvanlarda və donuzlarda dayaq-hərəkət orqanlarının kəskin və xroniki xəstəliklər (artritlər, miozitlər, laminit və s.xəstəliklər, ağrı sindromu, revmatik və cərrahi əməliyyatdan sonrakı ağrılar və qızdırma ilə keçən xəstəliklər) zamanı tətbiq edilir.
11. İstifadə və dozalaşdırma qaydaları: Ketofort əzələiçərisinə, dərialtına və vena daxilinə yeridilməklə hər 33 kq diri kütləyə 1 ml preparat hesabı ilə dozalaşdırılaraq tətbiq edilə bilər.
Atlara hər 45kq diri kütləyə lml hesabı ilə dozalaşdırılaraq sutkada bir dəfə vurulur.
Müalicə kursu 1-5 gün ərzində aparılır. Bir inyeksiya yerindən l0ml-dən artıq preparat vurmaq olmaz.
Qeyd: İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir.
12. Yanaşı mənfi təsirləri: Məlumat verilməmişdir.
13. Artıq doza fəsadları: Məlumat verilməmişdir.
14. Əks göstərişlər: Heyvanların yüksək fərdi həssaslığı zamanı və həzm yolları yaraları olan heyvanlarda tətbiq edilmir.
15. Başqa preparatlarla uyuşmazlığı: Başqa qeyri steroid iltihabəleyhi preparatlarla eyni zamanda tətbiq edilməməlidir.
16. Boğazlıq və laktasiya dövründə tətbiqi: Məlumat verilməmişdir.
17. Təhlükəsizlik tədbirləri: Baytarlıq preparatları ilə işləyən zamanı tələb olunan təhlükəsizlik qaydalarına əməl edilməlidir.
18. Preparat tətbiq edilmiş heyvan və quşların məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən iri və xırda buynuzlu heyvanlar, 4 sutka sonra donuzlar ətlik məqsədlə kəsilə bilərlər. Südün istifadəsi üçün məhdudiyyət yoxdur.