Greenzoovet

Sağlam düşüncə,sağlam gələcək

Cow
sheep
goat
horse
pig
turkey
goose
duck
parrot
cock
dog
cat
  • Facebook-da paylaş
  • Twitter-də paylaş
  • Google+-da paylaş

Təlimat
1. Preparatın ticarət adı: Oksifort 20%-li – OKCИФOPT 20%.
2. Preparatın patentləşdirilməmiş beynəlxalq adı: Oksitetratsiklin
hidroxlorid .
3. Preparatın təsviri: Sarı rəngdən qırmızı – qəhvəyi rəngə qədər çaları olan, spesfık iyli məhluldur.
4. Dərman forması: İnyeksiya üçün məhlul.
5. Preparatın tərkibi fəal maddə 1 ml-də: Oksitetratsiklin hidroxlorid 200 mq.
6. Farmako-terapevtik qrupu: Antibakterial (antibiotik) baytarlıq preparatı.
7. Qablaşdırma forması: 100 ml həcmində tünd rəngli şüşə flakonlarda qablaşdırılır.
8. Saxlanılma şəraiti və yararlılıq müddəti: Quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, +10°C-dən +25°C-dək temperatur şəraitində saxlanılmalıdır. Yararlılıq müddəti 3 (üç) ildir.
İlk istifadədən sonra flakondakı preparat +2°C-dən +8°C-dək temperatur şəraitində saxlanılarsa 14 sutkaya qədər yararlılığını saxlayar.
9. Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: ATC vet təsnifat kodu QJ 01-Sistem tətbiqi üçün antibakterial baytarlıq preparatı. QJ 01 AA 06 – Oksitetratsiklin. Oksitetratsiklin tetratsiklinlər qrupuna aid bakteriostsatik təsirli antibiotikdir. Onun təsir mexanizmi bakteriya hüceyrəsində ribosom 30S subvahidi reseptorları ilə birləşərək zülal sintezini əngəlləşdirməklə əlaqədardır. Oksitetratsiklin qrammüsbət bakteriyalara (Staphylococcus spp., Stertococcus spp., Actinomyces spp.,Clostridium spp., Corynebacterium spp., Erysipelothrix rhusiopathiae) və bəzi qrammənfı bakteriyalara (Salmonella spp., Pasteurella spp., Haemophilus spp., Actinobacillus spp., Bordetella bronchiseptica , E. coli, Proteus mirabilis, Spirochaetales spp., Leptospira spp), həm də xlamidiyalara ( Chlamydia spp.) və mikoplazmalara ( Mycoplasma spp.) qarşı fəaldır.
Parenteral yeridilmiş oksitetrasiklin inyeksiya yerindən tez sorularaq 1-2 saata
maksimal konsentrasiyaya çatır. Onun ən yüksək konsentrasiyası qaraciyər,

dalaq, ağciyərlər və reproduktiv orqanlarda müşahidə edilir. Terapevtik konsentrasiya qanda 48 saat saxlanılır. Orqanizmdən sidik və ödlə, sağmal heyvanlarda həm də südlə xaric edilir.
10. Tətbiqinə göstərişlər: Preparat iri və xırda buynuzlu heyvanlarda, keçilərdə və donuzlarda oksitetrasiklinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə-bağırsaq xəstəliklərinin (qastro-enteritlər, enterokolitlər), tənəffüs yolları xəstəliklərinin (rinotraxeit, bronxopnevmaniyalar), sidik- tənəsül orqanları xəstəliklərinin (metritlər, nefritlər, urosistidlər), dəri və yumşaq toxuma xəstəliklərinin müalicəsi məqsədi ilə tətbiq edilir.
11. İstifadə və dozalaşdırma qaydaları: Preparat heyvanın hər 10 kq diri kütləsinə 1 ml hesabı ilə (bu heyvanın hər kq diri kütləsinə 20 mq oksitetrasiklinə ekvivalentdir ) dozalaşdırılaraq əzələ içərisinə inyeksiya edilir. Zərurət olarsa preparat 48 saatdan sonra təkrar inyeksiya edilə bilər. Bir inyeksiya yerindən inəklərə 20 ml-dən artıq, donuzlara 10 ml-dən artıq, qoyun və keçilərə 5 ml-dən artıq preparat inyeksiya edilməməlidir.
Qeyd: Preparatdan istifadə edərkən istehsalçının preparatla bərabər verdiyi istifadə təlimatı və preparatın tarası üzərində verilən məlumatlar həmin (bu) təlimatdan üstün hesab edilməlidir.
12. Əks göstərişlər: Boğaz heyvanlarda boğazlığın ikinci yarısında preparat tətbiq edilmir. Preparatın yüksək fərdi həssaslığı olan heyvanlarda, atlarda, it və pişiklərdə böyrək və qaraciyər pozğunluğu olan heyvanlarda tətbiqi əks göstərişdir.
13. Başqa preparatlarla uyuşmazlığı: Preparat penisillinlərlə, sefalosporinlərlə, xinolonlarla, sulfanilamidlərlə, fenilbutazonlarla və dəmir preparatları ilə eyni zamanda tətbiq edilməməlidir.
14. Yanaşı mənfi təsirləri: Şişkinlik kimi yerli reaksiya, həssas heyvanlarda dəri səpkisi, geyişmə və ödəm müşahidə edilə bilər. Cavan heyvanlarda dişlərin rəngi dəyişilə bilər
15. Artıq doza fəsadları: Artıq doza böyrəklərə və qaraciyərlərə toksiki təsir göstərə bilər.
16. Gözləmə vaxtı: Heyvanlar ətlik məqsədilə preparat verildiyi axırıncı gündən 21 sutka sonra kəsilə bilərlər. İnəklərin südü 7 sutkadan sonra istifadə edilə bilər.